“Qızlar, görüşümüz qaldı. Deyirlər, Anar rəhmətə gedib”
20 il sonra sinif yoldaşlarımızla şeytanın qıçını qırıb bir araya gəlməyi planlayırdıq. Elə çoxunu illərdir görmürdüm. Aylarla müzakirə apardıq, nəhayət, mayın 31-nə görüş təyin etdik.
Ən çox yük Anarın üzərinə düşmüşdü. Restoran tapmaq, menyu seçmək, vaxtı dəqiqləşdirmək, müəllimləri dəvət etmək, gül almaq... Təcrübəsi olanlar bilir, elə çətindir tədbirin məsuliyyətini üzərinə götürmək. Anar həm də sinif rəhbərimiz Nailə müəllimin oğlu idi. Bir yerdə gələcəkdilər.
Elə sevgi ilə bu işi görürdü, bizi bir araya yığmaq istəyirdi. Hər şey hazır idi, günləri iplə çəkirdik.
Qurban bayramının ilk günü vatsapda yaratdığımız “sinif yoldaşları” qrupunda görüşlə bağlı müzakirələr aparırdıq, cəmi 3 gün qalmışdı, çox həyəcanlı idik. Söhbətin əvvəli və sonu da “Anar belə dedi, Anar bunu dedi” idi.
Mən də vaxt olduqca səslərə daha diqqətlə qulaq asırdım. Birdən o səs gəldi. “Qızlar, görüşümüz qaldı, Anar rəhmətə gedib...”
Heç kim inanmır, hamı elə bilir bu da məktəb vaxtından qalan bəzi mənasız zarafatlardan biridir. Axı xoşlayırdıq dərsə hazır olmayanda “nənəm ölüb, rayona getmişdik” kimi “şirin” yalanları. Ciddiyə ala bilmirdik mövzunu, necə ola bilər, bir saat əvvəl bayramını təbrik edən şəxs artıq həyatda olmasın?! Həyat bu qədər də qısa ola bilməzdi.
Olurmuş, yatıb oyanmaya da bilirsən.
Anar çox arzuladı ki, bizi bir araya gətirsin, asan deyil, 20 ildir bir araya gələ bilmirdik. Nə xeyirdə, nə şərdə...
Arzun reallaşdı, bizi yenə sən bir araya gətirdin. Dünən üç mərasimində sənin üçün yığışdıq, bir-birimizlə yenidən tanış olduq. Hamı böyümüşdü, dəyişmişdi. 20 ildə çox hadisələr baş verib. Bağışla, təkcə səni yenidən tanıya bilmədik, yaddaşımıza “Son zəng”də vidalaşdığımız Anar kimi yazdıq…
Ruhun şad olsun!
Günel Əbilova
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər