Bərdədə ağır qəza: 10 nəfər yaralandı

13:21 - 31 May 2026 - GÜNDƏM

 Bərdədə ağır qəza: 10 nəfər yaralandı

Bərdə rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21015 markalı avtomobil "Mersedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Güclü zərbənin təsirindən "Mersedes" idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan şəxslər — 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Səkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğludur.

Yaralılar dərhal Bərdə Müalicə Diagnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol