Avropanın ən yaxşı çimərliklərinin siyahısı açıqlanıb.
“BUTA.TV” xəbər verir ki, ilkin seçimlərdən sonra Portuqaliyadakı Monte Clerigo çimərliyi beynəlxalq səyahətçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilən siyahıya başçılıq edir.
İkinci yerdə Yunanıstanın Antipaksos adasındakı Voutoumi çimərliyi qərarlaşıb.
Kefaloniyadakı Fteri çimərliyi reytinqdə üçüncü yeri alıb.
Dördüncü yerdə Kritin cənub-qərb ucunda yerləşən məşhur Elafonisi çimərliyidir.
İtaliyanın şimal-qərbindəki Bogliasco çimərliyi beşinci, İspaniyanın Mayorka şəhərindəki Cala Mesquida isə altıncı yerdə qərarlaşıb.
Norveçdən olan Kvalvika çimərliyi siyahıda yeddinci, Yunanıstanın Korfu adasındakı Rovinia çimərliyi isə səkkizinci yerdədir.
Siyahıda doqquzuncu yerdə Antalyanın Kaş rayonundakı məşhur Kaputaş çimərliyi, onuncu yerdə isə Korfu adasında yerləşən Paleokastritsa çimərliyi yer alıb.





- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər