Ölkəyə idxal olunan avtomobillərin sayı azaldı - Video

18:55 - 31 May 2026 - GÜNDƏM

 Ölkəyə idxal olunan avtomobillərin sayı azaldı - Video

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb. 

BUTA.TV”nun məlumatına görə, rəsmi statistikaya əsasən, bu ilin ilk dörd ayı ərzində ölkəyə cəmi 21.120 ədəd avtomobil gətirilib.

Xüsusilə minik avtomobillərinin idxalındakı azalma diqqət çəkir. Belə ki, 2025-ci ilin ilk 4 ayında ölkəyə 30.824 minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18.287-yə düşüb. Bu isə minik avtomobillərinin idxalında 12.537 ədəd, yəni 40,7% kəskin azalma deməkdir.

Daha ətraflı “Baku TV”nin materialında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol