Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin əməkdaşları “Ümid yeri” uşaq sığınacağının sakinlərini ziyarət ediblər.
“Sizinlə birlikdə” layihəsi çərçivəsində həyata keçirilən görüşdə uşaqlar üçün musiqili-əyləncəli proqram, interaktiv oyunlar təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.
Layihə uşaqlara sevinc bəxş etməklə yanaşı, sosial həmrəyliyin və birlik dəyərlərinin təşviq olunması məqsədilə təşkil olunub. Layihənin əsas məqsədi uşaqlara sevinc dolu anlar yaşatmaq, onlarla xoş vaxt keçirmək, sosial həmrəyliyi gücləndirmək və birlikdə unudulmaz xatirələr yaratmaqdır.
“Araz” supermarketlər şəbəkəsi fəaliyyət göstərdiyi müddət ərzində sosial məsuliyyət layihələrinə xüsusi önəm verib və cəmiyyətin müxtəlif həssas qruplarına dəstək göstərməyə davam edir.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər