2022 müəllim iş yerini dəyişmək imkanı qazandı

20:39 - 2 İyun 2026 - GÜNDƏM

 2022 müəllim iş yerini dəyişmək imkanı qazandı

Mayın 23-26-da keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BUTA.TV-a bildirilib ki, müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Bundan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol