Onlar ÇL-in ən yaxşıları arasında yer aldı

23:05 - 2 İyun 2026 - GÜNDƏM

 Onlar ÇL-in ən yaxşıları arasında yer aldı

“Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.

BUTA.TV” xəbər verir ki, bu barədə Ağdam təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 “seyv”lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı oyunçu yalnız Nikita Haykin (“Budyo-Qlimt”, Norveç), Tibo Kurtua (“Real Madrid”, İspaniya) və Uğurcan Çakırdan (“Qalatasaray”, Türkiyə) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol