Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər.
Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
F.Əhmədov 2013-cü ildən 2023-cü ilə qədər etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant, assistent vəzifəsində fəaliyyət göstərib.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər