Son vaxtlar bəzi bankların yeni nəsil ATM-lərində yerləşdirilən “Fingerprint” (barmaq izi) modulu vətəndaşların diqqətini çəkib. ABB, “Kapital Bank” və “Unibank” kimi bankların bir sıra bankomatlarında görünən bu qurğunun hansı məqsədlə quraşdırıldığı və hazırda istifadə olunub-olunmadığı ilə bağlı suallar yaranıb.
Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) eskperti Azər Rəsulov BUTA.TV-a açıqlamasında bildirib ki, ATM-lərdə yerləşdirilmiş “Fingerprint” modulu hazırda aktiv istifadə rejimində deyil. Bu səbəbdən toxunma zamanı hər hansı reaksiya müşahidə olunmur.
“Hazırda müştərilər tərəfindən barmaq izi vasitəsilə əməliyyat icrası mümkün deyil. Banklar alternativ və daha təhlükəsiz autentifikasiya üsullarına üstünlük verirlər. Xüsusilə mobil tətbiqlər üzərindən biometrik təsdiq və QR kod əsaslı kartsız əməliyyat mexanizmləri prioritet istiqamət kimi qiymətləndirilir. Bu səbəbdən yaxın perspektivdə barmaq izi üzərindən ayrıca əməliyyat funksionallığının tətbiqi planlaşdırılmır”, - o qeyd edib.
A.Rəsulov vurğulayıb ki, mövcud mərhələdə “Fingerprint” texnologiyasının PIN kodu tam əvəz etməsi də nəzərdə tutulmur:
“Banklar təhlükəsizlik baxımından çoxfaktorlu autentifikasiya mexanizmlərinə üstünlük verirlər.
Barmaq izi texnologiyasının ayrıca xidmət kimi tam istifadəyə verilməsi ilə bağlı hazırda təsdiqlənmiş tətbiq planı mövcud deyil.
Hazırda ATM-lərdə barmaq izi məlumatlarının toplanılması, saxlanılması və ya hər hansı dövlət informasiya bazası ilə inteqrasiyası həyata keçirilmir”.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər