Böyük Qayıdışın yaratdığı təbəssüm - Video

17:48 - 3 İyun 2026 - GÜNDƏM

 Böyük Qayıdışın yaratdığı təbəssüm - Video

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlərin iştirakı ilə fləşmob keçirilib.

BUTA.TV xəbər verir ki, fləşmobda doğma yurdlarına qovuşan insanların daxili sevinci və ruh yüksəkliyi nümayiş olunur.

Video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı ilk qayğısız gülüşləri kadrda birləşir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol