Bakıda sərnişinlər 108A nömrəli marşrut avtobusunun sonuncu dayanacağa girməməsindən şikayətçidirlər.
BUTA.TV xəbər verir ki, bu barədə vətəndaşlar Oxu.az-ın müraciət ediblər.
Onlar bildiriblər ki, nəqliyyat vasitəsini idarə edən sürücülər Goradildə qəbirstanlığın yanında sərnişinləri düşürür:
"Sürücü yolda vəziyyətin yaxşı olmadığını və avtobusun ora girə bilmədiyini deyib bizi qəbiristanlığın yanında düşürür, sonuncu dayanacağa getmir".
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hazırda qeyd olunan ərazidə müşahidə edilən vəziyyət yol örtüyünün yararsız olması ilə bağlıdır:
"Mövcud şəraitdə asfalt örtüyünün əlverişsiz olması səbəbindən avtobusların həmin hissəyə daxil olması mümkün deyil. Bu səbəbdən müvəqqəti olaraq 108A saylı marşrut xətti üzrə avtobuslar Fatmayı istiqamətində hərəkət edərkən "Dəniz" marketdən sağa dönərək bağlar tərəfdən, hərbi sanatoriyanın yanından geri dönüş edirlər. Bununla bağlı operativ məlumat səhər saatlarında "BakuBus" MMC-nin rəsmi Teleqram kanalında paylaşılıb".
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər