Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto

15:27 - 6 İyun 2026 - GÜNDƏM

 Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.

BUTA.TV xəbər verir ki, bunu APA-ya Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib.

O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib:

“Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır”.

Yaralı Azərbaycan vətəndaşları da açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər.

Onlar Yeyskdəki Azərbaycan diasporu və Azərbaycan Rusiyadakı Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.

Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib.

Qeyd olunub ki, onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red.) xəstəxanadan buraxılma prosesi bir müddət uzanacaq.

Vurğulanıb ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunması üzərində işləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol