İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini 45 yaşlı Fuad Orucov olub.
BUTA.TV xəbər verir ki, gəmi kapitanının həyat yoldaşı Aytən Orucova hadisə barədə Baku TV-yə açıqlama verib.
"O, 20 ildən artıqdır ki, dənizçidir. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyirdi", - Aytən Orucova söyləyib.
Qeyd edək ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb