Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

09:34 - 7 İyun 2026 - GÜNDƏM

 Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.

BUTA.TV” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.

Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANZ.az-ın məlumatına görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğlu, general-leytenant Babək Qurbanovun qardaşı oğludur.

Qeyd edilib ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir ötən gün itkin düşmüşdü.





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol