Moskvaya son 2 ilin ən böyük dron hücumu olub.
“BUTA.TV” xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
Mer iyunun 18-i gecə saatlarından indiyədək Moskva ətrafında 85 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Bundan əvvəlki ən çoxsaylı dron hücumu bu il mayın 17-si qeydə alınıb. Həmin vaxt Rusiya paytaxtına hücum edən 81 dronun zərərsizləşdirildiyi bildirilir.
İlkin məlumatlara görə, şəhərdə yerləşən neft emalı zavodunda yanğın baş verib, hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.





- Tovuz stansiyasında enerji sistemi yeniləndi - ADY
- “Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
- Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
- Bakıda maşından meyit tapıldı
- Agentlikdəki işindən ayrılıb, SOCAR-a keçdi - Foto
- Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
- Azərbaycanda nə qədər işsiz var?
- Moskvada azərbaycanlı iş adamlarının bazarı vuruldu - Video