Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur

00:01 - 19 İyun 2026 - GÜNDƏM

 Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur

Nüfuzlu “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.

BUTA.TV” xəbər verir ki, siyahıya “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.

Ulduz futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.

İlk üçlüyü isə Polşa futbolunun nümayəndələri tamamlayır. “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski hərəyə 2,5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.

Yenilənmiş siyahıda 6-cı pillədə qərarlaşan Elvin Cəfərquliyev isə 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Son dövrlərdə diqqət çəkən müdafiəçinin qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov bir müddət əvvəl intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas heyətdən uzaqlaşdırılmışdılar.

Bu gönderiyi Instagram'da gör

Transfermarkt Türkiye (@transfermarkt.com.tr)'in paylaştığı bir gönderi


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol