Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

20:15 - 25 İyun 2026 - GÜNDƏM

 Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

BUTA.TV xəbər verir ki, M. Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol