Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək

23:09 - 25 İyun 2026 - GÜNDƏM

 Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək

Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu proses tamamlanacaq.

BUTA.TV xəbər verir ki, bunu Report İnformasiya Agentliyi və İctimai TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir:

"Bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib. Artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib.

Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb. Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol