Almaniya hökuməti 2022-ci ildə Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata cavab olaraq kansler Olaf Şoltsun elan etdiyi “zeitenwende” məqsədlərinə nail ola bilmədi.
BUTA.TV xəbər verir ki, bu barədə “Spiked” nəşrinin köşə yazarı Sabine Beppler-Şpal öz məqaləsində qeyd edib.
"On ay keçdi və "zeitenwende" nitqində mövcud olan cəsarət və qətiyyət tamamilə yoxa çıxdı. İndiki hakimiyyət nə özünə, nə də Almaniyaya yaxşı heç nə etmir. Onlar yeni bir yola qədəm qoya bilmədilər. Təəccüblü deyil ki, ilin sonunda Şolts və onun hökumətinə etimad reytinqləri yeni antirekordlara çatdı”, - deyə jurnalist bildirib.
Qeyd edək ki, ilin əvvələrində Almaniyada ilin sözü məhz “zeitenwende” seçilib. Yeni söz "epoxaların dəyişməsi" və ya "yeni dövrə keçid" kimi tərcümə olunur.
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı
- Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...
- Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı
- Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi