Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-mayor P.Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…