Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani məlumat verib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatı namizədliyinə layiq görülüb.
Prezident Ərdoğan böyük səyləri ilə hər iki tərəfə zamanında və təsirli müdaxilələrlə tək başına qlobal bir fəlakətin qarşısını alıb. “Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız bir aclıq təhlükəsindən qurtarıb. Ona görə də Türkiyə Prezidenti bölgənin və dünyanın yaxşılığı və rifahı üçün çalışan xalq lideridir”, - Sancrani bildirib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ötən il dekabrın 28-də Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərdiyini açıqlamışdı.
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı