Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya Prezidenti Vladimir Putin ağır xəstəliyə düçar olub və yaxın müddətdə həyatıyla vidalaşacaq. Əlbəttə, bu xəbərlərin yayılması işğalçı dövlətin hakim strukturları içərisində təfriqə yaratmaq məqsədilə psixoloji savaşın tərkib hissəsi kimi qiymətləndirilən bilər. Ancaq hesab edək ki, yayılan xəbərlər həqiqətə uyğundur, bu halda hadisələr necə inkişaf edəcək, kobud desək, Rusiya prezidenti vəfat edərsə, bunun Ukraynadakı müharibəyə hər hansı təsiri olacaqmı?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Putin sağlığıyla bağlı ciddi problemlərin olduğunu anlayarsa, özünə varis seçməyə tələsək:
“O, elə bir varis seçmək istəyəcək ki, Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, o, Ukraynaya qarşı işğalçı müharibəni şəxsi intiqam hissi ilə başlayıb. Rusiya hakimiyyətindəki ən mühafizəkar siyasətçilərdən biri belə Putinin yerinə keçərsə, onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq. Digər tərəfdən Kremləki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək. Ona görə də böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibi qarşısında işğal edilən torpaqları, o cümlədən Krımı tərk etmək tələbi qoyulacaq”.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi