Fransa Rusiya ilə əlaqə saxlamaq istəyir, dialoq bütün səviyyələrdə gedir.
BUTA.TV xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
“Biz bütün səviyyələrdə Rusiya ilə təmasdayıq və onlarla əlaqə saxlamaq istəyirik. Mənim Sergey Lavrovla danışmaq imkanım olub, biz beynəlxalq konfranslarda, məsələn, G20 sammitində görüşmüşük. Bizim Rusiyada səfirimiz var”, - Kolonna bildirib.
O qeyd edib ki, ölkələr arasında diplomatik təmaslar asan olmasa da, aparılır:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Bu təmaslar bizə fikir mübadiləsi aparmağa, mesajlarımızı və xahişlərimizi çatdırmağa imkan verir”, - Kolonna deyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dekabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada mülki nüvə enerjisi məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib. Lakin dekabrın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putinin iş qrafikinə görə Fransa lideri ilə müzakirə apara bilməyib.
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi