Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə taktiki hava təlimləri keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Belarus və Rusiya silahlı qüvvələrinin aviasiya bölmələrinin döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçiriləcək:
"Rusiya tərəfdən bu tədbirdə aerokosmik qüvvələrin hərbi konstruksiyası iştirak edəcək. Regional qoşun qruplaşmasının Belarus və Rusiya komponentlərinin birgə hazırlığı mürəkkəb xarakter daşıyır və təkcə döyüş komponentini deyil, həm də bütün dəstək sistemlərini əhatə edir".
Təlimlərin nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı