Qazaxıstan Rusiyadan yan keçməklə neft tədarükü üçün sərfəli alternativ yollar tapa bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Xəzər Boru Kəməri Konsorsiumuna alternativ axtarışı uzun illər və milyardlarla dollarlıq investisiyalar tələb edəcək. Bu, çox uzun və bahalıdır. İran və Çin kimi ölkələr Qazaxıstan ixracatçıları üçün alternativ ola bilər, lakin burada bəzi nüanslar var. Pekin Rusiyadan aktiv şəkildə neft alır, çünki Moskva yaxşı endirimlər edir. Tehranla isə ticarət yalnız o halda qurula bilər ki, nüvə sazişində irəliləyiş əldə edilsin. Digər variant isə neftin Azərbaycan üzərindən nəqli olardı, lakin bu, baha başa gəlir”, - məlumatda qeyd olunub.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi