Bu gün artıq 26-cı gündür ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda Azərbaycanın ekologiyasına ciddi zərər verilməsi və təbii sərvətlərimizin qanunsuz olaraq talanına qarşı etiraz aksiyası keçirirlər.
BUTA.TV xəbər verir ki, aksiyaya QHT nümayəndələri, media təmsilçiləri və digər ictimai fəallar da vaxtaşırı olaraq qatılır.
Maraqlıdır ki, bu 26 gündə millət vəkillərindən aksiya ərazisini kiminsə ziyarət etməsi və milli maraqlarımız naminə aksiyaçıların apardığı mücadiləyə dəstək verməsi haqda heç bir məlumat yoxdur.
Nəzərə alsaq ki, aksiyanın təşəbbüskarları ekofəallardır və əsas tələb də ekologiya ilə bağlıdır, onda sual yaranır: Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvləri indiyə qədər aksiya keçirilən əraziyə getməyə təşəbbüs göstəriblərmi?
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Sözügedən komitənin üzvü Nəsib Məmmədəliyev saytımıza açıqlamasında aksiyalarda iştirak etmədiyini bildirib:
“Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası dekabrın 30-da olub. Sonra isə qış tətili başladı. Parlament səviyyəsində aksiyaya qoşulmaq təşəbbüsü olarsa, iştirak edəcəm”.
Komitənin digər üzvü - millət vəkili Fatma Yıldırımla əlaqə saxlaya bilməsək də, köməkçisi Asəf Vəlizadə açıqlamasında deputatın aksiyada iştirak etmədiyini dedi: “Yaxın günlərdə iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur”.
Deputat Naqif Həmzəyev isə bu suala cavab verməkdən yayındı:
“Bu suala cavab vermirəm. Milli Məclisin mətbuat xidməti və aidiyyəti komitənin sədri var. Buna görə onlara müraciət edə bilərsiniz. Aksiyalara şəxsi münasibətimlə bağlı dəfələrlə açıqlama vermişəm”.
Millət vəkili Asim Mollazadə isə sualı dinlədikdən sonra hazırda cavab vermək imkanı olmadığını bildirdi.
Qeyd edək ki, MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində Sadiq Qurbanov (sədr), Asim Mollazadə (sədr müavini), Naqif Həmzəyev, Afət Həmzəyeva, Nəsib Məhəməliyev, Anar Məmmədov, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İltizam Yusifov və Mixail Zabelin təmsil olunur.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi