ABŞ Prezidenti Co Bayden bu 3 silahı Ukraynaya verməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “19FortyFive” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya ilə eskalasiyaya getməmək üçün ABŞ Kiyevə F-16 qırıcıları, “Abrams” tankları və ATACMS raket komplekslərinin tədarükündən imtina edir.
F-16
Nəşr bildirib ki, hazırda 26 ölkənin silahlanmasında olmasına baxmayaraq, F-16-lar yaxın vaxtlarda Ukrayna səmasında görünməyəcək. Həm də təyyarənin regiona gətirilməsi Rusiyanı qıcıqlandıra, hətta NATO ilə münaqişəyə cəlb edə bilər. Bununla yanaşı, ukraynalı pilotlar onu idarə etmək üçün təlim keçməyiblər və Kiyev təyyarəyə normal xidmət göstərə bilməz.
“M1 Abrams” tankı
ABŞ ordusunun əsas döyüş tankı olan “Abrams” Ukrayna üçün əla silah olardı. Amma bu tankın tədarükü üstünlüyündən çox problem yaradır. Ukraynalılar uzun müddət onun təlimini keçməlidirlər, həm də onu daim işlək vəziyyətdə saxlamaq çətindir.
ATACMS
HİMARS sistemləri Ukraynanın hücum əməliyyatlarında mühüm rol oynadı. Prezident Vladimir Zelenski 300 km-lik hədəfləri vurmaq üçün ABŞ-dan uzaq mənzilli raketlər, o cümlədən ATACMS-lər istəyir. Bu sistemlər Rusiyanın dərinliklərini vura bilər. Buna görə də Vaşinqton bu sistemlərin tədarükündə tərəddüd edir.
- Azərbaycanlıları qovdunuz, indi utanmadan Putinə yalvarırsız...
- Netanyahunun Bakı səfəri: 30 il öncə Əliyevlə nə danışıb?
- UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatdı
- Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov
- Vyetnam lideri Azərbaycana gəlir
- Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam...
- Ukraynanın bu sazişdən qazancı nə olacaq?
- Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi