Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi yanvarın 9-na təyin olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən istintaq materiallarında E.Ağayevin Ukrayna da cinayət törətdiyi və buna görə məhkumluq həyatı yaşadığı məlum olub.
Belə ki, o, Ukraynada yaşayarkən, keçmiş sevgilisini əvvəlcə bıçaqlayıb, daha sonra onu balta ilə qətlə yetirib.
E.Ağayevin bu cinayəti ilə bağlı detallar Almaniyada məhkəməyə təqdim edilən cinayət işinə əlavə edilib. Eyni zamanda onun Ukraynadakı cinayəti ilə bağlı lazımı sənədlərin məhkəmə hazırlıq iclasına qədər əldə edilməsi məqsədi ilə Ukrayna Ədliyyə Nazirliyinə müraciət edilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Xatırladaq ki, E.Ağayev bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. Mərhumun həyat yoldaşı Nadine istintaqa ilkin ifadəsində bildirib ki, E.Ağayev onun ərini qısqanclıq zəminində öldürüb.
E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.
Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılmışdı.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi