Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auldun paylaşımı trend olub.
BUTA.TV xəbər verir ki, səfir Tvitter səhifəsində Azərbaycan dili dərslərinə yenidən başladığını açıqlayıb. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.
“Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq “Dərviş Parisi partladır”a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi “Gün keçdi” filmidir. Bəs sizin?”, - səfir qeyd edib.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi