Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb.
BUTA.TV xəbər verir ki, Türkiyənin dövlət himninin səsləndirilməsi ilə rəsmi açılışı keçirilən sessiya “Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi” mövzusunda təşkil olunub.
Asiya Parlament Assambleyasına üzv olan 27 ölkədən parlament nümayəndə heyətlərinin təmsilçiləri sessiyanın gündəliyinə daxil olan məsələlərlə bağlı mövqelərini bildirəcək, mövzu ətrafında fikir və mülahizələrini bölüşəcəklər.
Açılışda Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidinin, Türkiyə Böyük Millət Məclisinin və Assambleyanın fəaliyyətdə olan sədri Mustafa Şəntopun, o cümlədən üzv ölkələri təmsil edən parlament sədrlərinin çıxışları dinlənilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Yanvarın 8-də olduğu kimi 9-da və 10-da da azərbaycanlı deputatların Asiya Parlament Assambleyasının alt qurumlarının iclaslarında çıxış edəcəkləri nəzərdə tutulub.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi