"Qarabağ" Belçikanın "Beveren" klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, "köhlən atlar" 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
"Sambaçı"nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.
Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır