"Qarabağ" Belçikanın "Beveren" klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, "köhlən atlar" 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
"Sambaçı"nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.
Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto
- Amir Hüseynlinin Bakı Fotoqrafiya Evində fərdi sərgisi açıldı - Foto
- Səfir dostluq münasibətlərinə və kitaba görə təşəkkür etdi - Fotolar
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
- Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video
- Sadıqovun ölümünün təfərrüatı ortaya çıxır: İntihar?
- Xoşqədəm əkizləri ilə Acunun kanalında - VİDEO
- Prezidentin atdığı topu tutmaq istəyərkən yıxılması gündəm oldu - Video