İran dron istehsalı üzrə dünyada beşinci-altıncı yerdədir. İkinci Qarabağ müharibəsi isə dron-kamikadzelərin nə qədər əhəmiyyətli olduğunu göstərdi. Rusiya ordusunda bu cür texnologiya ilə bağlı problemlər var.
Bu sözləri BUTA.TV-a tanınmış rusiyalı şərhçi Sergey Markov deyib.
O, bu sahədə boşluqlar səbəbindən Rusiyanın İran texnologiyası ilə hazırlanan dron-kamikadzelər ishesal edə bilmə ehtimalının mümkün olduğunu bildirib:
“Amma bu barədə ətraflı məlumat verilmir. Dronların hansı şəhərdə istehsal olunacağı isə dövlət sirridir. Həmçinin, Ukrayna tərəfinin yaydığı bütün məlumatlara tam etibar etmək olmaz. Onlar çalışır ki, Qərb İrana təzyiq göstərsin”.
Qeyd edək ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ordusunun Ukraynada fəal şəkildə istifadə etdiyi İranın kamikadze pilotsuz təyyarələrinin istehsalına başlamağı planlaşdırdığını deyib. Kəşfiyyat məlumatlarında bu şəhərin Tolyatti olduğu bildirilir.
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video