Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almadığını, ancaq reallıqda hər şeyin göründüyü qədər açıq olmadığını bildirib.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Paşinyanın cümləsinin ikinci hissəsinin mənası budur:
1. Kremldən Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmasıyla bağlı şifahi təklif alıblar;
2. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Rusiya bizə bu məsələdə təzyiq edib” deyərkən həqiqəti söyləyib. Paşinyanın Rusiyadan narazılığının nəticəsidir ki, o Ermənistanın bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəyini dedi. Paşinyan söyləyib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir. Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək”, - politoloq bildirib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir