Kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə canlı yayımda qalmaqal yaradıb.
BUTA.TV xəbər verir ki, "Ümid ilə gəl” verilişində ekspert qismində əyləşən kulturoloqun boşanmış qadınlarla bağlı dediyi sözlər münaqişəyə səbəb olub.
O, qeyd edib ki, toy olandan sonra boşanmış qayıtmış qadını heç kim öz subay oğlu üçün almır:
"Bizdə nişanlı qız nişanını qaytaranda kimsə rahatca onu oğluna alır və qonşu, qohum heç nə demir. Amma nikah bağlanandan sonra, toy olandan sonra boşanmış və ya nikahı qayıtmış qadını heç kim öz subay oğlu üçün almır. Xalq buna görə də nişanlılıq müddətini saxlayır. Bu, faktdır, bununla razılaşmaq lazımdır”.
Kulturoloqun bu fikri aparıcı və verilişdəki digər ekspertlə tərəfindən tənqid edilib. Onun haqlı olmadığı qeyd edilib.
Aydın Xan Əbilov daha sonra qadınla kişinin hotelə getməsinin də normal olduğunu vurulayıb:
"Bir qadınla bir kişi hotelə gedənirsə, bu, insan alveri deyil, istirahətdir. İnsan alveri bir neçə nəfərin iştirakı ilə baş verən hadisədir”.
Onun bu fikirləri də birmənalı qarşılanmayıb.
Həmin görüntüləri təqdim edirik:
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video