“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“BUTA TV” “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
“İlon Mask tarixdə külli miqdarda şəxsi vəsaitlərinin itirilməsi üzrə rəsmi olaraq dünya rekordunu qırıb”, - deyə məlumatda qeyd olunub.
Təşkilat “Forbes”in məlumatlarına əsaslanaraq belə bir qərar verdiyini açıqlayıb.
Qeyd olunur ki, İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bununla belə, digər mənbələr Maskın əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.
Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.
İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.
- 1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan
- Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur - Qafarov
- MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…
- MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı
- Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video
- Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək
- Netanyahunun Bakı səfəri ilə bağlı Türkiyədən kritik açıqlama
- Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video