Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənin şirkətlərinin külli miqdarda dövlət borcu var.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin (Əli-Səftər) hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.
Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu var idi. O, borcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.
Qeyd edək ki, İlham Əliyevin hazırda "Topaz” MTK, "Qala-R.L” MTK, NLT MMC, Premium Store MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E & S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətləri mövcuddur.
- Binədə mağazada yanğın baş verdi - Video
- Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video
- Bazar günü hava necə olacaq?
- Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
- Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri...
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar