Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son iki ayda sabitləşib.
BUTA.TV-ın məlumatına görə, əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Report-a açıqlamasında deyib ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.
“Bundan başqa, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəqin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik. Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350-1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur. Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır”.
- Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
- 1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan
- Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur - Qafarov
- MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…
- MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı
- Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video
- Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək
- Netanyahunun Bakı səfəri ilə bağlı Türkiyədən kritik açıqlama