Şahbuz rayonunun Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən Kolanı kəndində 2 kilometr uzunluğunda olan hasar sökülür.
BUTA.TV Report-a istinadən xəbər verir ki, kənd əhalisinin uzun illərdir qarşılaşdığı problem artıq aradan qaldırılır. Hasar sökülərək giriş qapıları açılır.
1600-dən artıq əhalinin yaşadığı Kolanı kəndinin sakinləri bildirirlər ki, 10 ilə yaxın müddətdir evlərinin qarşısına hasar çəkilib. Nəticədə yüzə yaxın evin kəndin əsas yolu ilə əlaqəsi tamam kəsilib. Sakinlər ya uzun yol qət edib hasarın o başına qədər getməli, ya da hasardan hansısa yolla aşmalı idilər. Xüsusilə yaşlı kənd sakinləri üçün bu hal daha böyük çətinlik törədib.
Bununla bağlı aiddiyəti qurumlara şikayət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
Qeyd edək ki, ölkədə tikinti-quruculuq işləri prioritet istiqamət kimi diqqətdə saxlanılır və bu işlərə xeyli vəsait ayrılır. Məqsəd isə əhalinin rahatlığını təmin etmək, məskunlaşmanı artırmaqdır. Kolanı kəndini iki hissəyə bölən bu hasarın tikilməsinə on minlərlə manat vəsait ayrılması isə əksinə, izafi xərclərə yol verilməsinə, sakinlərin rahatlığının pozulmasına yol açmaqdan başqa heç bir işə yaramayıb.
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!
- İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq? - Açıqlama
- Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı