2022-ci ildə Türkiyənin müdafiə sənayesi müəssisələrinin silah ixracı rekord həddə çatıb və 4,4 milyard dollar təşkil edib.
BUTA.TV xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada altı yeni nəsil “Fırtına” özüyeriyən artilleriya qurğusunun Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
Ərdoğan Türkiyənin müdafiə sənayesinin imkanlarının səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib:
“20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız 2022-ci ildə rekord həddə - 4,4 milyard dollara çatıb”.
Onun sözlərinə görə, sənayedə tədqiqat və inkişaf (R&D) üçün ayrılan illik büdcə 2002-ci ildə hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi 49 milyon dollarla müqayisədə 2022-ci ildə 1,5 milyard dollara çatıb.
“Beləliklə, biz müdafiə sənayesində inqilab etdik”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyənin müdafiə sektoruna hazırda 2000-dən çox şirkət daxildir (2002-ci ildə 56 idi – red.). 2022-ci ildə başlanmış layihələrin dəyəri 5,5 milyard dollar təşkil edib və Türkiyə müdafiə sənayesinin ümumi sifariş paketi hazırda tender prosedurları da daxil olmaqla, 75 milyard dollardan çoxdur.
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!
- İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq? - Açıqlama
- Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı
- Səlcuq Bayraqdar yenə rekordu qırdı