Rusiya Prezidenti Vladimir Putin qadınlara, uşaqlara və qeyri-zorakı cinayətlərdə şübhəli bilinənlərə qandaldan istifadəni qadağan edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Putinin bununla bağlı əmri Kremlin saytında dərc olunub.
“Qadınlara, yetkinlik yaşına çatmayanlara, habelə zorakılıqla bağlı olmayan cinayətlər törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə qarşı xüsusi “Ajur” (müxtəlif materiallardan naxışlı, qəfəsli ornamentli və ya naxışlı hücrələr – red.) hərəkətini məhdudlaşdıran vasitələrdən istifadənin qarşısının alınması üçün tədbirlər görülsün”, - deyə məlumatda bildirilir.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətə əmr verilib.
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto