Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların verilməsi məsələsində tələskənliyindən narazıdır. Şoltsun partiya üzvləri isə kanslerin özünün qərarsızlığına etiraz edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” nəşri yazıb.
Nəşr bildirib ki, yanvarın 13-də Almaniyanın hakim Sosial Demokrat Partiyasının (SPD) iclasında Şolts Ukrayna üçün tanklarla bağlı mövqeyini qətiyyətlə müdafiə etməyə davam edib. Onun sözlərinə görə, tankların tədarükü məsələsi həddən artıq qızışıb və artıq Ukraynaya tanklar vəd edən müttəfiqlərin hərəkətləri gərginlik yaradır.
Deputat Maykl Rot qeyd edib ki, Ukraynada hərbi vəziyyət sürətlə dəyişir, Rusiya dinc əhaliyə qarşı terroru gücləndirir, ona görə də tankların tədarükü ilə bağlı daha tez qərar qəbul etmək lazımdır.
"Sənayedə kifayət qədər “Leopard 1” var. Bundesverdən heç nə götürmək lazım deyil. Biz bu addıma hazırlaşmalı və bunu Ramşteyn konfransında tərəfdaşlarımızla birlikdə elan etməliyik. Əgər Ukraynanın müharibədə qalib gəlməsini istəyiriksə, bunu etməliyik”, - deputat Andreas Şvarts bildirib.
- İrandan Azərbaycan və Gürcüstana dəhliz təklifi
- Daha bir erməni yalanı ifşa edildi: O evi özləri vurub - Video
- Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
- 1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan
- Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur - Qafarov
- MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…
- MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı
- Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video