Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.
BUTA.TV xəbər verir ki, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Kəlbəcərdə həyatını itirən Rəcəbin - Fotosu