Türkiyədə Məmləkət Partiyasının sədri Məhərrəm İncə “Altılı masa”nın 6 liderinin imza atma səlahiyyətinə malik olduğu idarəetmə modelini tənqid edib.
BUTA.TV xəbər verir ki, partiya sədri bu barədə Yutub kanalında çıxışı zamanı danışıb.
“Altılı masa”nın ortaq məxrəc yaratması mənə inandırıcı gəlmir. Türkiyəni necə idarə edəcəklər? Bir prezident, 6 partiya sədri var. Ümumilikdə 7 nəfərdirlər. Bu da “7 ərli Hörmüz” olacaq. Prezident qərar verəcək, həmin qərarı da 6 nəfərə imzalatdıracaqlar”, - partiya sədri bildirib.
Qeyd edək ki, 19-cu əsrin sonlarında İstanbulun Taşkasap bölgəsində Hörmüz adlı qadın yaşayıb. Bu qadın bir-birindən xəbərsiz, müxtəlif peşə sahibi olan 7 kişi ilə evlənib. Daha sonra Hörmüzlə bağlı bir neçə film və tamaşalar da çəkilib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir