Qərbin Rusiyaya qarşı gördüyü tədbirlər qeyri-effektiv oldu.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
“Qərbin sanksiyaları nə Rusiyanın hərəkətlərini dəyişdirdi, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdi. Bəs biz nə etməliyik? Bunun daha bir, iki, üç il davam etməsinə şərait yaratmaq?!", - Kalın bildirib.
Kalın əlavə edib ki, sanksiyalar Rusiya xalqını çevriliş etməyə və prezident Vladimir Putini vəzifədən uzaqlaşdırmağa məcbur etməyib. Həmçinin Türkiyə hakimiyyəti Rusiyaya qarşı sanksiyalarına qoşulmağı planlaşdırmır, çünki bu sanksiyalar Rusiyadan daha çox Türkiyənin iqtisadiyyatına ziyan vurur.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir