Rusiya təşəbbüsü ələ keçirmək və Ukraynanın əks-hücum uğurlarına son qoymaq istəyir, Vladimir Putin isə müharibəyə yanaşmasını dəyişir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Kreml yaxın 6 ay ərzində təşəbbüsü ələ keçirmək və Ukraynanın əməliyyat uğurları silsiləsinə son qoymaq üçün həlledici strateji əməliyyata başlamağa hazırlaşır. Bugünədək Rusiya müharibədə bir neçə uğursuzluq əldə edib. Xüsusilə, son 11 ay ərzində Kreml Ukraynada əsas əməliyyat məqsədlərinin əksəriyyətinə nail ola bilməyib. Rus qoşunları Xarkov vilayətində və ya Xerson şəhərində əldə olunan nailiyyətləri saxlamaq üçün Kiyevi, eləcə də Donetsk və Luqansk vilayətlərini ələ keçirə bilməyib. 2022-ci ilin sonunda general Sergey Surovikinin Ukraynanın kritik infrastrukturuna qarşı hava və raket kampaniyası da əhəmiyyətli əməliyyat nəticələrinə gətirib çıxarmadı və Kremlin nəzərdə tutduğu kimi Ukrayna cəmiyyətini ruhdan sala bilmədi”, - məlumatda qeyd olunub.
Qeyd olunur ki, Rusiya lideri Vladimir Putin aqressiv məqsədlərindən əl çəkməsə də, müharibəyə fundamental yanaşmanı dəyişir.
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı