"Simurq" futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın "Ximki" klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.
O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir:
"O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".
Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib.
- Rusiyadan Azər Badamovla bağlı açıqlama: Buna görə buraxılmadı!
- Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi
- MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto
- Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi
- Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü
- İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…
- Badamovla Rusiyayaya gedənlər Heydər Əliyev parkında - Foto
- Məhkəmədə Laçının işğalı ilə bağlı video nümayiş etdirildi