Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verməyi planlaşdırır.
Kult.az xəbər verir ki, Elsəs bu haqda Musavat.com-a bildirib.
O qeyd edib ki, ölkəmizə səfərində dik duruşlu, müzəffər Azərbaycan, qalib bir millət görüb:
"Bu, məni çox sevindirdi. Xüsusilə mediada, dövlət qurumlarında Güney Azərbaycana olan münasibət dəyişib. Onların güneyə olan isti münasibəti məni çox sevindirdi. Bir daha inandım ki, bu millətin birliyinə çox az qalıb. Nə yaxşı ki, bayrağımız Şuşada dalğalanır. İnanıram ki, gün gələcək üçrəngli bayrağımız Arazın güneyində, yurdumuzun qarış-qarışında da dalğalanacaq. Azərbaycanın bütövlüyünə çox qalmayıb deyə düşünürəm. Azərbaycanı gördükdən sonra buna bir daha inandım.
Araz axdığı kimi mən də axmağa çalışıram. Ara-sıra dəli-dəli, ara-sıra sakit-sakit. Yeni mahnılar var. Klip çəkilişi olacaq, onlarla məşğulam. Ola bilsin ki, yaxın müddətdə Bakıda bir konsert verim. Amma dəqiqləşməyənə qədər detalları açıqlamaq istəmirəm".
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı