İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın ölümündən danışıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, 88 yaşlı Loren həmkarının ölümündən təsirləndiyini və dərindən kədərləndiyini deyib.
Aktrisalar hər zaman rəqib hesab olunurdular. Onların xarici görünüşü və rolları müntəzəm olaraq müqayisə edilirdi.
2015-ci ildə “Vanity Fair” nəşrinə verdiyi müsahibədə Lollobricida deyib ki, onlar arasındakı rəqabət Lorenə karyerasına çox kömək olub. Cina isə bu qarşıdurmanı darıxdırıcı hesab edib.
Cina Lollobricida yanvarın 16-da 95 yaşında vəfat edib. Lollobricidanın dəfn mərasimi yanvarın 19-da olacaq.
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!