Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə Dadaşova ilə görüşüb.
BUTA.TV xəbər verir ki, millət vəkili onu yanvarın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında keçiriləcək yubiley gecəsi və yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.
Milli Məclisdə baş tutan görüşdə tanınmış sənətşünas alim, pedaqoq və bəstəkarın yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan komitə sədri ona Mədəniyyət Komitəsi adından hədiyyə və təbrik məktubu təqdim edib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!